Şəkidə yol qəzası: bir nəfər yaralandı

Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayonu Baş Göynük kənd sakini, 1966-cı il təvəllüdlü Şahid Knyaz oğlu Məmmədov idarə etdiyi “NAZ-LİFAN” markalı avtomobillə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yol kənarındakı tikiliyə çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan sərnişin,  sürücü Şahid Məmmədovun qardaşı 53 yaşlı Zahid Məmmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

 

Xəstəxanadan verilən məlumata görə, yaralı Zahid Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir, müalicəsi xəstəxanada aparılır.

 

Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv