Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə  rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Kamil Şiriyevin evi və həyatyanı sahəsi selə məruz qalıb. Suyun səviyyəsinin getdikcə qalxdığını görən Kamil Şiriyev Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng vuraraq ona kömək göstərilməsini xahiş edib. Hadisə yerinə dərhal FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub. Kamil Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib.

 

Hazırda sözü gedən ərazidə suyun hündürlüyü təhlükəli həddə - 2-3 metrə çatıb.

Müəllif | Apa.Tv