Gəncədə sərxoş sürücü zəncirvari qəza törətdi
Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. 41 yaşlı Fərhad Əsgərov idarə etdiyi "VAZ 2106" markal avtomobilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında dayanan "VAZ 2109", "VAZ 2107" və digər bir "VAZ 2106" markalı avtomobillərə çırpılıb. Qəza zamanı ölən və xəsarət alan olmasa da, 4 avtomobilə də ciddi ziyan dəyib. Yol Polisi əməkdaşlarının araşdırması zamanı müəyən edilib ki, Fərhad Əsgərov avtomobili idarə edərkən sərxoş olub.
Faktla bağlı Gəncə şəhər baş polis idarəsinin dövlət yol polisi bölməsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.