Moskvada reketlərə haqq verməyən həmyerlimizə hücum edilib

Moskvada azərbaycanlının kafesində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, oktyabrın 26-da gecə saatlarında 6 nəfər naməlum şəxs kafeyə daxil olaraq onun azərbaycanlı sahibinə pul müqabilində himayədarlıq təklif edib. Kafe sahibi pul ödəməkdən imtina etdikdən sonra arlarında dava düşüb. Hadisə nəticəsində azərbaycanlının 43 yaşlı dostu çoxsaylı bıçaq yaraları alıb və xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxslər qaçmazdan əvvəl havaya bir neçə dəfə atəş açıblar. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv