Kamçatkada amansızlıqla öldürülən azərbaycanlının qatili yaxalanıb

Kamçatkada çoxsaylı bıçaq zərbəsi ilə öldürülərək çaya atılan azərbaycanlının qatili saxlanılıb. APA TV-nin məlumatına görə, 53 yaşlı azərbaycanlının meyiti Elizovo şəhərindəki Polovinka çayında aşkarlandıqdan sonra operativ-axtarış tədbirləri həyata keçirilib. Nəticədə cinayətin Çita sakini olan 28 yaşlı şəxs tərəfindən törədildiyi məlum olub.  Kamçatkaya pul qazanmaq məqsədi ilə gedən bu şəxs cinayəti törətdikdən sonra həmin gün Vladivastoka geri qayıdıb.

 

Oktyabrın 16-da Çitada həbs edilən bu şəxs Kamçatkaya göndərilib. Sorğu zamanı o, cinayəti azərbaycanlı ilə aralarında qız üstündə baş vermiş münaqişə zəmnində törətdiyini deyib. Azərbaycanlının qızla danışıq tərzi onun xoşuna gəlməyib. Həmçinin o, hadisə zamanı içkili olduğunu da etiraf edib.

 

Çita sakininə qarşı qısdın adamöldürmə maddəsi ilə cinayət işi başlanılıb. 

Müəllif | Apa.Tv
Apa.tv