Goranboyda maşınla vurulan 72 yaşlı kişi ölüb

Goranboyda Goranboy rayonunda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi  baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağcakənd-Goranboy yolunun 40-cı km-də qeydə alınıb. Anar Cəfərov idarə etidyi “Nissan Sunny” markalı maşınla yolu keçmək istəyən piyada, Kəlbəcər rayon sakini, 72 yaşlı İsax Nəzərovu vurub. Sürücü piyadanı Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. İsax Nəzərov xəstəxanda aldığı xəsarətlərdən ölüb. İlkin ehtimala görə, qəzaya səbəb piyadanın anidən yola çıxması olub.

 

Faktala bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli