Azərbaycan və Fransa prezidentlərinin görüşü keçirilib

Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub. Fransua Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.

 

Azərbaycan prezidenti ilə görüşdən sonra Fransua Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

 

Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

 

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.

 

Qeyd edək ki, bu, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür.

Müəllif | Apa.Tv
Apa.tv