Binəqədidə zəncirvari qəza: 4 maşın toqquşdu

Bakının Binəqədi rayonunda 4 maşının toqquşması ilə nəticələnən qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Opel" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki, sürücü gözləmə nişanına məhəl qoymadan yolu keçmək istəyərkən qarşıdan gələn "Mercedes"lə toqquşub. "Mercedes" isə "Ford" markalı sərnişin avtobusuna, o da "Toyota"ya çırpılıb. APA TV-nin xəbərinə görə, xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Maşınlar evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv