Xırdalanda tikinti şirkətindən oğurluq edən şəxs yaxalanıb

Xırdalanda tikinti şirkətindən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini, 33 yaşlı Anar Musayev tutulub. İlkin dindirilmə zamanı o, əməlini etiraf edib. Onun sözlərinə görə, çalışdığı tikinti şirkətindən oğurladıqlarını dəyər-dəyməzə satırmış. Sonuncu dəfə oğurladığı elektrik avadanlıqlarını 20 manata satarkən polis tərəfindən saxlanılıb.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv