Gəncədə zəncirvarı qəza olub, ər-arvad ağır yaralanıb
Gəncənin Gülüstan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, şəhər sakini, 42 yaşlı Nicat Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, maşını əvvəlcə “KİA” markalı avtomobilə, sonra “VAZ 2107”ə, daha sonra isə “VAZ 2106” və “VAZ 21011” markalı maşınlara çırpılıb. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü 34 yaşlı Şamo Hümbətov və onun həyat yoldaşı, 22 yaşlı Xumar Hümbətova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.