Yasamalda minik maşını avtobusla toqquşdu: yaralanan var
Paytaxtın Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza rayonun Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lütfiyar Salahov "Renault" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yolun kənarında dayanan "Isuzu" markalı avtobusa çırpıb.
Qəza nəticəsində minik maşının sürücüsü xəsarət alıb. Avtomobil isə yarasız hala düşüb. Hadisə şahidlərinin veriyi məlumata görə, qəzaya yoldan keçən bir başqa avtomobil səbəb olub. Belə ki, həmin maşın Lütfiyar Salahovun idarə etdiyi avtomobili keçərkən maşını onun üstünə sürüb. Bu zaman Lütfiyar avtomobili qəfil yolun sağına çəkib və qəza baş verib. Hadisənin dəqiq səbəbi isə, təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.