İŞİD Rusiyalı mühəndisi edam edib iddiası

İŞİD-in əsir götürdüyü rusiyalı mühəndis Sergey Qorbunovu edəm etdiyi iddia olunur.Lent.az-ın “Nyu York Tayms”a istinadən verdiyi məlumata görə, Qorbunovun güllələnərək edam olunduğu bildirilir.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayında yayımlanan son videogörüntüdə Qorbunov terrorçuların ona qarşı yaxşı münasibət göstərdiyini, yemək verdiyini və başqa əsirlə dəyişdirəcəklərini demişdi. O həmçinin çox qorxduğunu bildirmişdi: “Beş gün ərzində məni səudiyyə ərəbistanlı Halid Süleymanla dəyişdirmək istəyirlər. Bu baş tutmasa, başımı kəsəcəklər. Rusiya, Suriya və Qızıl Xaçdan kömək istəyirəm. Çox qorxuram”.

Qeyd edək ki, Qorbunov digər əsirlərlə birlikdə Suriyanın Rakka şəhərində saxlanılırdı. Terrorçuların Qorbunovun edam anını əks etdirən videonu təbliğat xarakterilə istifadə etdiyi iddia olunur.

Müəllif | Apa.Tv
Apa.tv