Gəncədə keçmiş məhkumların qanlı davası: 1 nəfər güllələndi
Gəncə şəhər sakini odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə şəhərin Q. Zeynalov küçəsində yaşayan 1985-ci il təvəllüdlü Sənan Akif oğlu Qurbanov odlu silahdan açılan atəş nəticəsində qarının dəlib keçən yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal əməliyyat edilən S. Qurbanovun vəziyyəti ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, əvvəllər məhkum olunmuş Sənan Qurbanovu şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Cəfərovun güllələdiyi müəyyən edilib.
Kəpəz Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.