Balakəndə 38 yaşlı kişi bıçaqlanıb

Balakəndə 38 yaşlı kişi bıçaqlanıb. Rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun Tülü kənd sakini, 38 yaşlı Akif Camal oğlu Bayramov qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Yaralının üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra  xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla  bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanıb, onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Vüqar Heydərov