Hava yağışlı olacaq

Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın səhər çiskinli olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumatına görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə duman, çiskin olacağı, şərq rayonlarında isə arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

Müəllif | Apa.Tv
Apa.tv