Prezdident İlham Əliyev: "Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdəndir"

Bakı şəhərində Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. APA TV-nin xəbərinə görə, tədbiri Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası təşkil edib.

 

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyaraq bidirib ki, gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi və ictimai-siyasi şərait yaradılıb: "Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları və qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq, səmərəli müzakirələrlə yadda qalacaq".

 

Heydər Əliyev Mərkəzində reallaşan Gənclər Siyasəti üzrə I Qlobal Forumu dunya gənclərinin diqqət mərkəzindədir. Elə bu səbəbdəndir ki, dünyanın 156 ölkəsindən 700 nümayəndə heyyəti forumda iştirak edir.

 

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, ilk dəfə olaraq Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir: "Forumda 105 ölkədən gənclər siyasətinə cavabdeh olan təşkilatların nümayəndələridir. 61 ölkədən gənclər nazirləri bu forumd iştirak edir. Forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək və yeni prioritetlər aşkar olunacaq".

 

Tədbirdə BMT-nin baş katibi Pan Gi Munun videomüraciəti təqdim edilib. Baş katib müraciətdə gənclərin dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

 

Forum oktyabrın 30-dək davam edəcək.

 

Müəllif | Apa.Tv