Əli Həsənov: "I Qlobal Forumun Bakıda keçirilməsi qürurvericidir"

"Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forum azərbaycanlı gənclərin dünya gəncləri sırasına inteqrasiyasına ciddi dəstək verəcək".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, sonuncu dəfə belə bir tədbirin1998-ci ildə BMT tərəfindən keçirildiyini xatırladıb. Əli Həsənov tədbirin Bakıda keçirilməsini xüsusilə qürurverici hal adlandırıb: "Azərbaycan dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin sayına və ərazisinə görə sonuncu 50 dövlət sırasındadır. Lakin yürütdüyü siyasətə, öz inkişafına, gənclərə və insanlara yaratdığı şəraitə görə dünya dövlətləri arasında siyasi iqtisadi, sosial, inkişaf reytinqinə görə, birinci 30-luqda özünə yer tutub. Bu siyasət diqqətdən kənar qala bilməzdi. Bugünkü forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri də məhz budur ki, Azərbaycanda - ərazisi, əhalisi kiçik olan bu dövlətdə belə müvəffəqiyyətli siyasət yürüdülür".

 

Şöbə müdiri tədbirin dünya gənclərinin bu tədbirdən necə yararlana biləcəyini də açıqlayıb: "Azərbaycan gəclərinin iştirakı ilə müasir gəncləri düşündürən bütün sahələr üzrə, o cümlədən gənclərin potensiallarından istifadə sahəsi üzrə dövlətlərin siyasəti üçün vahid tövsiyələr hazırlanacaq. Bu tövsiyyələr burada iştirak edən müvafiq dövlət qurumları tərəfindən öz ölkələrinə aparılacaq. Həmin ölkələrin dövlət siytasətində istifadə olunacaq. BMT, AŞ, UNESCO və digər beynəlxalq təşkilatların iştirakı nəzərə alınaraq qlobal gənclər siyasətinin formalaşmasında istifadə olunacaq".

 

Tədbirdə bütün dünyadan gənclər, gənclər təşkilatları və gənclər siyasətini formalaşdıran dövlət rəsmiləri, akademik dairələr, qeyri-hökumət təşkilatları iştirak edir.

 

Müəllif | Apa.Tv