Bakı Humanitar Kollecində narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilib

Binəqədi rayon Polis İdarəsinin əməkdaşları gənclərin narkotiklərə qarşı mübarizəyə cəlb olunması istiqamətində növbəti maarifləndirici tədbir keçiriblər. APA TV-nin xəbərinə görə, Bakı Humanitar Kollecin keçirilən rədbirdə gənclərlə görüşən hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işciləri narkotik vasitələrin ziyanından, həmçinin ona dücar olan şəxslərin gələcək aqibətindən söz açıblar. Görüşdə iştrak edən RPİ rəisi Namiq İsmaylov rayon ərazisində narkomanlığa qarşı mübarizənin nəticələrindən danışıb. İdarə rəisi bildirib ki, son 9 ayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 94 fakt aşkarlanıb. Ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çixarılıb. Digər çıxışçılar da narkomanlıqla mübarizə istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışıblar. Tələbələrin sulları cavablandırılıb. Tədbirin sonunda tələbələrə narkotik vasitələrin ziyanından bəhs edən videoçarx göstərilib. 

 

Müəllif | Apa.Tv