Bakıda toya hazırlaşan oğlanın evini qarət edən şəxs tutulub

Suraxanı rayonunun Hövsan qəsəbəsində evdən oğurluq edilib. APA TV-nin xəbərinə görə, qəsəbə sakini Vəliyev Emil Qafar oğlu RPİ-nin 30-cu polis bölməsinə müraciət edərək yaşadığı mənzildən 18 min 500 manat pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Kçirilən əməliyyatla hadisəbi törətməkdə şübhəli bilinən 26 yaşlı Zaur Cəfərov saxlanılıb. Saxlanılan şəxs polisə ifadəsində bildirib ki, evdə pulun olduğunu ona zərərçəkənin yeznəsi Tahir deyib. Tahir bildirib ki, qaynının toyudur, qohum-əqraba onlara yığışacaq: "Girdim evə, pul, bir də saat vardı. Orda saymadım, dostumla sonra baxdım ki, 10 min manatdır. 4100 manat verib maşın aldım, 1000 manat maşına qoydum. 1000 manat da dostumun borcu vardı, ona verdim".

 

Saxlanılan şəxsin sözlərinə görə, oğurladığı puldan 2 min manat zərərçəkənin yeznəsinə verib.

 

Faktla bağlı araşdırma aparılır, başqa şəxslərin də istintaqa cəlb olunacağı istisna edilmir. 

Müəllif | Apa.Tv
Apa.tv