Şirkətin maşını ilə qəza törətdi, avtomobildəki 16 min manatı mənimsədi

Abşeron rayonunda şirkətlərdən birinin əməkdaşı işlədiyi şirkəti qəribə yolla aldatmağa cəhd edib. Lakin Abşeron polisinin keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində onun dələduzq əməlinin üstü açılıb. Aparılan araşdırma  zamanı məlum olub  ki, Elsəvər Paşayev çalışdığı şirkətə aid avtomobili idarə edərkən qəza törədib. Qəza zamanı maşında 15 min 900 manat pul olub. Elsevər Paşayev uzun müddət ərzində şirkətin xəzinəsinə yığılmış borclarını, həmin pulla ödəmək niyyətinə düşüb: "Telefonuma zəng  gəldi. Telefon oturacağın üstündə idi. Telefonu götürdüm və cavab vermək istəyərkən maşın yoldan çıxdı, xəndəyə düşdü. Fikirləşdim ki, pulun oğurlandığını deyim".

 

Saxlanılan şəxs bildirib ki, şirkətin vəsaitini hissə-hissə şəxsi məqsədləri üşün xərcləyibmiş və ümumi borc 16 min manata yaxınlaşırmış.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv