ABŞ rəsmisi azərbaycanlı girovlarla bağlı sualdan yayınıb: "Məlumatım yoxdur"
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqlara münasibət bildirib. APA TV-nin məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi Cen Psaki gündəlik brifinqdə bu barədə danışıb: “Biz bütün tərəfləri danışıqlar masası arxasında səyləri ikiqat artırmağa və əsas diqqəti bölgə sakinlərinə sülh gətirəcək faydalar üzərində cəmləşdirməyə çağırırıq”.
Jurnalsitlərdən biri Dövlət Departamentinin rəsmisindən Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlar üzərində keçirilən qondarma “məhkəmə prosesi” ilə də bağlı soruşub. Jurnalsit sual verib ki, Xankəndidə qurulan qondarma "məhkəmə" Birləşmiş Ştatların münaqişə tərəflərinə ünvanladığı səyləri ikiqat artırmaq çağırışının ruhuna nə qədər uyğundur. Cen Psaki isə suala konkret cavab verməkdən imtina edib və bunu məlumatsızlıqla əlaqələndirib: "Bu məsələ ilə bağlı məlumatlı deyiləm. İcazə verin, bir daha araşdırım və əmin olum".
Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Ermənilər onlara qarşı qondarma “ məhkəmə prosesi” “keçirirlər.