Bakının mərkəzində yanğın həyəcanı

Bu gün səhər saatlarında bakıda yangın hadisəsi  baş verib. Hadisə Nəsimi rayonu, Mərdanov qardaşları keçəsindəki 3 mərtəbəli yaşayış binasında qeydə alınıb. APA TV-nin xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Nəsimi və Səbail rayonu üzrə  3 yanğınsöndürən briqadası cəlb olunub.

 

Yangının baş verməsinə səbəb binanın tavanında yerləşən tüstü bacalarında yaranmış problem olub. Sakinlərin sözlərinə görə, tüstü bacası uzun müddət ərzində təmizlənmədiyindən sakinlər istilik sistemindən istifadə etməyib. Ancaq binanın 3 cü mərtəbəsində kirayə yaşayan əcnəbi şəxs istilik sistemindən istifadə etməsi tüstülənməyə səbəb olub.

 

Yanğınsöndürənlərin səyi nəticəsində tüstünün yanğına çevrilməsinin qarşısı alınıb.

 

Müəllif | Apa.Tv
Apa.tv