Göygöl rayonunda tanışı 24 yaşlı oğlanı bıçaqlayıb
Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Elmin Zeynalı köhnə tanışları arasındakı mübahizə zamanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı dərhal qohumlarının koməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Həkim Rəfael Əsədov deyib ki, yaralını valideynləri xəstəxanaya çatdırıb gətirilib: "Valideynlərinin dediyinə görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Sağ budundan 2 kəsilmiş-deşilmiş yarası alıb. Xəstə əməliyyat otağına götürülüb. Hazırda stasionar müalicəsi davam etdirilir".
Xəstəxanadan bildiriblər ki, yaralının vəziyyəti orta-ağırdır. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.