Rusiyada azərbaycanlı deputat həbs olunub
Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub.
APA TV xəbər verir ki, bu barədə Komi Respublikasının İstintaq İdarəsi məlumat yayıb. Komi parlamentindən bildirilib ki, yerli deputatlar toxunulmazlığa malik olmadığı üçün bu cür həbslər təəccüb doğurmamalıdır.
A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi ittihamları cəfəngiyat adlandırıb.
63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim “Vahid Rusiya” fraksiyasının üzvüdür.