Ağdamda canavar yaşayış evinə hücum edib

Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib. APA TV-nin  Qarabağ bürosunun xəbərinə görə, kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu zaman həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Vəhşi heyvanın hücumuna məruz qalan Şükran Əliyev qonşuların köməyi ilə canavarı yaralayaraq tutub. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl Cəlilabadda baş verib. Həyətə soxulan canavar bir ailədən dörd nəfəri yaralayıb. 

Müəllif | Apa.Tv