ABU-nun tibb fakültəsinin dekanına 4 il həbs cəzası!

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin Tibb Fakültəsinin dekanı olmuş Xudayar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Xudayar Həsənov məhkəmə zalında həbs olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311-ci (rüşvət alma ) maddələrinə əsasən ittiham edilib.

Qeyd edək ki, ibtidai istintaq və məhkəmə dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

Müəllif | Apa.Tv
Apa.tv