Türkiyə Cümhuriyyətinin 91-ci ildönümü Bakıda qeyd olunub

Türkiyə Cümhuriyyətinin elan olunmasından 91 il ötür. Osmanlı İmperiyasının qalıqları üzərində, 5 dövlətin işğal ordularının mübarizəsindən qurtularaq yaradılan Türkiyə Cümhuriyyəti 1923-cü il, oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisində elan olunub.

 

1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan istiqlal mübarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini elan edib. Türkiyə tarixində yeni mərhələ başlayıb.

 

Mustafa Kamal Paşanın rəhbərliyi ilə elan edilən respublikanın ilk prezidenti də elə Atatürk özü olur. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir. APA TV-nin xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfirliyi də bu gün münasibəti ilə Türk şəhidliyinə toplaşıb.

 

Daha sonra Azərbaycanın ərazi bütövlü uğurunda şəhid olanların xatirəsi anılıb.

 

Türkiyədə Cümhuriyyət Bayramı böyük coşqu ilə qarşılanır. Uzun illərdir, Çankaya köşkündə keçirilən Cümhuriyyət Bayramı bu il ilk dəfə yeni inşa olunan Prezident Sarayında qeyd olunacaq. 

Müəllif | Apa.Tv