Azərbaycanlı “Ruslan Sedoy” Tolyattidə killer tərəfindən öldürüldü

Rusiyanın Samara vilayətində azərbaycanlı “qanuni oğru” öldürülüb. APA TV-nin məlumatına görə, bu gün səhər saatlarında kriminal dairələrdə “Ruslan Sedoy” ləqəbi ilə tanınan azərbaycanlı Tolyattidə killer tərəfindən qətlə yetirilib. Hadisə Qələbə küçəsində yerləşən "Şeyp" idman zalının qarşısında baş verib. Qatilin kimliyi hələlik məlum deyil.

 

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları qətlin təfərrüatlarını araşdırır.
 

Qeyd edək ki, kriminal aləmdə məşhur olan “Ruslan Sedoy” Tolyattidə meyvə və tərəvəz ticarəti ilə məşğul olub və bu sektora nəzarət edib.

Müəllif | Apa.Tv
Apa.tv