Azərbaycan “Ebola” virusu ilə mübarizəyə 1 milyon dollar yardım ayırdı


Azərbaycan “Ebola” ilə mübarizə məqsədilə BMT-nin Qlobal Fonduna yardım edəcək.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə bu fonda 1 milyon dollar maliyyə yardımı ayrılıb.

Xatırladaq ki, Ebola xəstəliyindən ölənlərin sayı 4500 nəfəri keçib. Ən az 9936 nəfər bu təhlükəli virusa yoluxub."Ebola" virusu Qərbi Afrikada - Liberiya, , Qvineya, Syerra-Lion, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır.

Müəllif | Apa.Tv
Apa.tv