Ucarda marixuana satan Mingəçevir sakini tutulub

Ucar rayonunda narkotik satmaq istəyən şəxs tutulub. APA TV-nin yerli bürosunun məlumatına görə, üç övlad atası olan Mingəçevir şəhər sakini Əhməd Abdullayev 2,7 kiloqram narkotik vasitə olan marixuananı Ucar rayonunda satmaq istəyərkən  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis Şöbəsindən bildirilib ki, saxlanılan Əhməd Abdullayev sonuncu dəfə 20 il əvvəl narkotik vasitədən istifadə etdiyini, marixuananı isə Ucara gətirərək satmaq niyyətində olduğunu deyib.

 

Əhməd Abdullayev əməlindən peşman olduğunu bildirib. Faktla  bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi  başlanıb.

Müəllif | Apa.Tv
Zahid Abışov