Tovuzda eyni ailədən 7 nəfər qidadan zəhərlənib
Tovuzda bir ailənin 7 üzvü qidadanzəhərlənib. APA-TV-nin qərb bürosunun verdiyi məlumata görə, Yusifovlar ailəsinin pomidor turşuşunda zəhərləndiyi ehtimal edilir. Beşi uşaq olmaqla ailənin yeddi üzvü Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar ailə başçısı Xəqani Yusifov, həyat yoldaşı Xalidə, qızları 16 yaşlı Ayşə, 14 yaşlı Aygün, 11 yaşlı Aytən, 4 yaşlı Aidə və 9 yaşlı Qismət Yusifovdur.
Tovuz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə Xalidə Yusifovadan başqa ailənin digər üzvlərinin vəziyyətini kafidir. 14 yaşlı Aygün Yusifovanın da vəziyyətinin orta-ağır olduğu bildirilir.