Rusiya ilə Fransa arasında gəmi gərginliyi

Ukraynada baş verən hadisələrə görə Fransanın Rusiya üçün hazırladığı savaş gəmiləri gərginliyə səbəb olub. APA TV-nin məlumatına görə, “Vladivostok və “Sevastopol” hərbi gəmilərinin Rusiyaya təslim edilməsi ilə bağlı Fransa tərəfi bu ölkəyə müraciət etdiyini bilidirib. Rusiya tərəfi isə gəmilərin təslim alınması ilə bağlı yayılan məlumatları yalan adlandırıb.

 

Qeyd edək ki, Fransa və Rusiya arasında iki “Mistral” tipli döyüş gəmisinin Rusiyaya satılması ilə bağlı müqavilə 2011-ci ildə imzalanıb. Müqavilənin dəyəri 1,2 milyard avrodur. Rusiya bu məbləğin təxminən 700 milyon avrosunu ödəyib. “Vladivostok” gəmisinin 2014-cü il, “Sevastopol” gəmisinin isə 2015-ci ildə Rusiya donanmasının silahlanmasına daxil edilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv