Ukraynada "sükut" 40 dəfə pozulub

Ukrayna ordusunun ölkənin şərqində nəzarət etdiyi ərazilərə separatçılar tərəfindən silahlı hücum olub. Silahlılar hökumət qüvvələrinə minomyotlardan və ağır artirelliyadan atəş açıblar. Bundan əlavə, Novomixaylovka, Tonenkiy, Debaltsevo, Zolotoye və Maloorlovkadakı blokpostlar və mülki əhalinin yaşadığı ərazilər də atəşə tutulub. APA TV-nin Ukraynanın rəsmi mənbələrinə istinadən verdiyi məlumata görə, separatçılar sutka ərzində atəşkəsi 40 dəfədən çox pozublar. Petrovsk və Krımskda isə hərbçilərlə silahlılar arasında döyüş olub. Hökumət qüvvələrindən yaralananların olduğu deyilir. Mariupol və Donetsk aeroportunda heç bir insident qeydə alınmayıb. Hərbçilərin vəziyyətə nəzarət etdiyi deyilir.

 

Müəllif | Apa.Tv
Apa.tv