Vergilər naziri Salyanda vətəndaşlarla görüşüb
Vergilər naziri Fazil Məmmədov Salyanda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbul zamanı nazir Salyan, Neftçala və Saatlı rayonlarından olan vətəndaşlarla görüşüb. Əsasən vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə əlaqədar 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib. Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində öz həllini tapdı, müraciətlərin bir qismi qeydə alnıb, digərlər müraciətlərin araşdırılması üçün nazir tərəfindən müvafiq göstərişlər verilib.