Şəmkirdə ərzaq mağazası yanıb

Şəmkirdə ərzaq mağazası yanıb. Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında Mehdi Hüseynzadə və Fizuli küçələrinin kəsişməsində qeydə alınıb. Rayon sakini Cəbrayıl Zeynalabdinova məxsus ümumi sahəsi 80 kvadratmetr olan ərzaq mağazasının 35 kvadratmetri yanar konstruksiyaları və içərisində olan ərzaqla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın yerinə 2 avtomobil cəlb edilib. Qısa zamanda yanğının qarşısı alınıb. Yanğının nədən baş verdiyi aparılacaq araşdırmadan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli