Meyxanaçı Bayram Kürdəxanlının məhkəməsi başladı
Bakıda meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA TV-nin xəbərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında Bayram Kürdəxanılı prosesdə jurnalistlərin iştirakına etiraz edib.
Hakim etirazı qəbul edib və jurnalistlər zaldan çıxarılıb.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı bu il iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində Sabuncu polisi tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.