Gəncədə gənc oğlan tələbə yoldaşını bıçaqlayıb

Gəncə şəhərində gənc tələbə yoldaşını bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə ötən gün qeydə alınıb. Şəki rayon sakini, Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi tələbə yoldaşı, Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyevi bıçaqlayıb. Toğtul  Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tələbənin vəziyyətinin ağır olduğu bildiriblər.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli