Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi məscidlər bəlli oldu

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü qanvermə aksiyası keçiriləcək məscidlərin siyahısını açıqlayıb. APA TV-yə verilən məlumatına görə,  noyabrın 4-də Aşura günündə qanvermə aksiyası Bakı şəhəri üzrə Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə" məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidində keçiriləcək. Xeyriyyə tədbiri ölkə üzrə Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidilərində təşkil ediləcək.

Müəllif | Apa.Tv
Apa.tv