Masallı sakini dayısı arvadının 6 min dollarını oğurlayıb
Masallıda oğurluqda şübhəli bilinən iki nəfər yaxalanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Yasər oğlu Boyliyev tamah məqsədi ilə həmkəndlisi, 20 yaşlı İlqar Məmmədyar oğlu Nəsirovla əlbir olaraq gecə saatlarında dayısı arvadı, Masallının Çayqıraq kənd sakini, 48 yaşlı Gülayə Soltan qızı Həsənovanın evindəki sandıqdan 6000 ABŞ dollarını oğurlayıblar.
Evdən oğurladığı 6 min ABŞ dollarını İlqar Nəsirovla bölərək xərcləyiblər.
Saxlanılan şəxslər dindirilərkən törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.