Bərdədə ağaca çırpılıb aşan avtomobilin sürücüsü öldü
Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "VAZ-2110" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü, 32 yaşlı Ehtiram Cəfərov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.