Dövlət Sosial Müdafiə Fondu İmişlidə “Açıq qapı günü” keçirib

Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İmişlidə keçirdiyi “Açıq qapı günü” vətəndaş forumunda bildirilib.

 

"Azərbaycan “Doing Business 2015” hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib”.

 

Tədbirə İmişli, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd, Ağcabədi, Zərdab, Laçın, Sabirabad və Saatlı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.

 

Forumda çıxış edən DSMF-nin şöbə müdiri Məmməd Nuriyev bildirib ki, uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub.

 

Tədbirdə təqdimatla çıxış edən DSMF-nin sektor müdiri Rüfət Oruclı deyib ki,  Fondun 2013-cü ildən tətbiq etdiyi "Çağrı mərkəzi" vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv