İsveç Fələstini rəsmən dövlət kimi tanıdı

İsveç rəsmən Fələstini müstəqil dövlət kimi tanıyıb. APA-nın verdiyi xəbərə görə, bunu İsveçin xarici işlər naziri Marqot Valstrom bəyan edib. “Bu gün hökumətimiz Fələstini müstəqil ölkə kimi tanımaq barədə qərar verib. Bu, fələstinlilərin öz müqəddaratını təyin etmək hüququnu təsdiq edən çox vacib qərardır” deyə o vurğulayıb. Qeyd edək ki, bu vaxtadək Polşa, Macarıstan və Slovakiya Fələstinin müstəqilliyini tanıyıb. 

Müəllif | Apa.Tv
Apa.tv