Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binası açıldı
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati bina və əməliyyat deposunun açılışı olub. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev binanın və əməliyyat deposunun açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. İkimərtəbəli inzibati binada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində yanğınsöndürən avtomobillərə qulluq üçün lazımi şərait mövcuddur. APA TV-nin xəbərinə görə, nazir müavini avtomobillərin saxlanıldığı depo, anbar, işçilərin istirahət otağı, yeməkxana, iş və tədris otaqları, idman zalı ilə tanış olub, şəxsi heyətlə görüşərək müvafiq tövsiyələrini verib.