Nazir Kəmallədin Heydərov Qusarda qəbul keçirib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edib. Qəbula Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşan məcburi köçkünlər qatılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət edən 108 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.