İnterpolun axtardığı azərbaycanlılar Tümendə tutulublar
Rusiyanın Tümen şəhərində beynəlxalq axtarışda olan azərbaycanlılar yaxalanıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin məlumatına görə saxlanılan şəxslər insanların inam və etibarından sui-istifadədə günahlandırılır. Xəbərdə bildirilir ki, bir qrup aazərbaycanlı yerli əhalidən zəlzələ vaxtı zədələnmiş evlərin təmiri və tikintisi üçün 58 min ABŞ dolları həcmində pul alıb. Amma zərərçəkənlər heç bir yardım edilməyib. Barələrində cinayət işi başlanan azərbaycanlı dəstənin üzvləri Tümendən qaçmağa nail olublar. 2014-cü ilin mayında dəstə üzvləri beynəlxalq axtarışa verilib. Keçirilən əməliyyatla dələduzluqda ittiham olunan həmin şəxslər elə Tümendə yaxalanıb.
Tümen polisi beynəlxalq axtarışda olan daha bir azərbaycanlını saxlayıb. Saxlanılan şəxs 2009-2012-ci illərdə saxta sənədlərlə Rusiya banklarının birindən külli miqdarda kredit götürüb və qaytarmayıb.
Məlumatda o da bildirilir ki, saxlanılarlar Azərbaycana ekstradisiyasa ediləcək.
Bu arada Azərbyacan hüquq-mühafisə orqanlarının əməkdaşları Bakı Beynəlxalq Hava Limanında beynəlxalq axtarışda olan Tümen sakinini saxlayıb. Saxlanılan şəxs sintetik mallların qaçaqmalçılığında günahlandırılır. Onun da vətəndaşı olduğu Rusiyaya ekstradisiya ediləcəyi bildirilir.