Noyabrda Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Azərbaycan ərazisində noyabr ayının hava proqnozu açıqlanıb. Noyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq, ayın ilk günlərində, ikinci ongünlüyün ortalarında və üçüncü ongünlüyün bəzi günlərində isə temperaturun normadan bir qədər aşağı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur. Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Müəllif | Apa.Tv
Apa.tv