Rusiyada kömür mədənində qəza: 140 nəfərin aqibəti məlum deyil

Kemerovo vilayətinin Kuzbas regionunda kömür mədənində qəza baş verib. Mədənində baş verən tüstü sızması nəticəsində 40 nəfər təxliyyə edilib. Hadisə zamanı mədəndə olan 180 nəfərdən 140-nın asxtarışı isə davam edir. APA TV-nin xəbərinə görə, Rusiya Fövqaladə Hallar Nazirliyi xəbəri təsdiqləyib. Məlumata görə,  xilas olunanalar dərhal müvafiq xəstəxanalra yerləşdirlib. Hazırda kömür mədənində işlər dayandırılıb. Qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.  

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv