Şəmkirdə yaşayış evi yanıb

Şəmkir rayonunda yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Zəyəm qəsəbəsində Xatirə Hümbətovaya məxsus yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin 3 maşını və 15-dən artıq canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq, ümumi sahəsi 80 kv.m olan 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv