Türkiyədə fəhlələri daşıyan avtobus aşıb, 15 nəfər ölüb

Türkiyədə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. İsparta vilayətində baş verən qəzada 15 nəfər ölüb. APA TV-nin Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında İspartada alma bağçalarında çalışan mövsümlük fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb. Dərəyə yuvarlanan mikroavtobusdakı 15 sərnişin ölüb, 7-si yaralanıb. Ölənlərin əksəriyyəti qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə ambulanslar və tibbi işçiləri göndərilib. Qəzanın səbəbləri hələlik bəlli deyil.

Müəllif | Apa.Tv
Apa.tv