Komitə sədri Şəmkirdə vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, qəbulda Şəmkir və ətraf rayonlardan olan 14 vətəndaş dinlənilib. Görüşdə həmçinin Kəlbəcər rayonundna olan məcburi köçkünlərin müraciətinə baxılıb: "Müraciətlərdən 6-sı işlə bağlı idi. Biri iş yerini dəyişdirmək üçün müraciət idi. Digər müraciətlər gömrük məsələləri, vergilər, gömrük proseduraları, vətəndaşın sərhəd keçidi, rastlaşdığı problemlərlə bağlı idi. Eyni zamanda torpaq sahəsinin ayrılması ilə bağlı idi. Gömrük sahəsinə aid olmadığı üçün vətəndaşlara lazımi izahat verildi".

 

Şikayətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə komitədə araşdırılmaq üçün qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli